Türk hərbi gəmisi Moqadişu limanında: prezident qarşıladı

Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Xınalıada F514" gəmisi Somalinin paytaxtı Moqadişu limanına daxil olub.

Türk hərbi gəmisi Moqadişu limanında: prezident qarşıladı
Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Xınalıada F514" gəmisi Somalinin paytaxtı Moqadişu limanına daxil olub.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Horseed" portalı xəbər verib.

Qeyd olunub ki, cari ilin fevral ayında Türkiyə ilə Somali arasında 10 il müddətinə nəzərdə tutulmuş hərbi və iqtisadi əməkdaşlıq haqqında imzalanmış sazişin icrasına başlanılıb.

Gəmini limanda qarşılayan rəsmilər arasında Somali Prezidenti Həsən Şeyx Məhəmməd də olub.