Türk qadın Almaniyada bıçaqlanaraq öldürüldü

Almaniyada Türkiyə vətəndaşı qadına hücum edilib. 

Türk qadın Almaniyada bıçaqlanaraq öldürüldü
Almaniyada Türkiyə vətəndaşı qadına hücum edilib. 

meqale.com türk mətbuatına istinadla xəbər verir ki,  Türkiyə vətəndaşı Gülay Oğuz Şimali Reyn-Vestfaliya əyalətinin Voerde şəhərində pizza aldıqdan sonra evə qayıdarkən yaşadığı binanın qarşısında bıçaqlanıb.

Duysburq polisinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 19:45 radələrində naməlum şəxs tərəfindən bıçaqlanan 52 yaşlı Gülay hadisə yerində ölüb.

Prokurorluq ölümün dəqiq səbəbinin müəyyən edilməsi və istintaqa işıq salacaq dəlillərin əldə edilməsi üçün Şimali Reyn-Vestfaliya əyalətində Oğuzun yarılmasının aparılacağını açıqlayıb.

Araşdırmalar davam edir.