Türkiyə AVRO-2024-ə vəsiqə qazandı
AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verilib.
meqale.com report-a istinadən xəbər verir ki, bu gün dörd qrupda ümumilikdə 8 oyun keçirilib.
D qrupunda yer alan Türkiyə millisi doğma arenasında Latviyanı böyük hesabla məğlub edərək, final mərhələsinə vəsiqə qazanıb.
A qrupundan da iki komanda Almaniyada təşkil olunacaq qitə birinciliyinə yollanmaq hüququna yiyələnib. İspaniya səfərdə Norveçi məğlub etməklə həm özünün, həm də Şotlandiyanın AVRO-2024-də iştirakını rəsmiləşdirib.
AVRO-2024-ün seçmə mərhələsi VIII tur 15 oktyabr
A qrupu Gürcüstan - Kipr - 4:0 Norveç - İspaniya - 0:1 Xal durumu: İspaniya - 15 xal (6 oyun), Şotlandiya - 15 (6), Norveç - 10 (7), Gürcüstan - 7 (6), Kipr - 0 (7)
D qrupu Türkiyə - Latviya - 4:0 Uels - Xorvatiya - 2:1 Xal durumu: Türkiyə - 16 (7), Uels - 10 (6), Xorvatiya - 10 (6), Ermənistan - 7 (6), Latviya - 3 (7)
E qrupu Çexiya - Farer adaları - 1:0 Polşa - Moldova - 1:1 Xal durumu: Albaniya - 13 (6), Çexiya - 11 (6), Polşa - 10 (7), Moldova - 9 (6), Farer adaları - 1 (7)
İ qrupu İsveçrə - Belarus - 3:3 Rumıniya - Andorra - 4:0 Kosovo - İsrail oyunu təxirə salınıb. Xal durumu: Rumıniya - 16 (8), İsveçrə - 15 (7), İsrail - 11 (6), Kosovo - 7 (7), Belarus - 6 (8), Andorra - 2 (8)