Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir - FOTO
Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir.
Elm və Təhsil Nazirliyindən meqale.com-a verilən məlumata görə, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər.
Tədris ingilis dilində və Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.