Türkiyə bu sahədə 4-cü ölkə olacaq

Əsasən, xaricdən gətirilən Hepatit A peyvəndini artıq Türkiyənin özü istehsal edəcək.

Türkiyə bu sahədə 4-cü ölkə olacaq
Əsasən, xaricdən gətirilən Hepatit A peyvəndini artıq Türkiyənin özü istehsal edəcək.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "KeyVac" Peyvəndi İstehsal Mərkəzinin açılışında bildirib.

Onun sözlərinə görə, Türkiyə dünyada bu peyvəndi ən yüksək standartda istehsal edən dördüncü ölkə olacaq.

Türkiyənin xaricdən peyvənd asılılığının azalacağını qeyd edən dövlət başçısı Peyvənd İstehsalı Mərkəzinin ölkəyə faydalı olacağına ümid etdiyini vurğulayıb.