Türkiyə Çinə polad məhsulları ixracını artırıb

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Çinə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz artıraraq 34,5 milyon dollara çatdırıb.

meqale.com xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Çinə polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 34,7 faiz azaldaraq 2,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz azalaraq, 13,5 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 11,6 faiz azdır.