Türkiyə məşhur boğazı gəmilər üçün BAĞLADI

Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi şimaldan və cənubdan üzən gəmilərin kapitanlarına boğazın iki tərəfli tranzit gəmilərə bağlandığını elan edib.

meqale.com xəbər verir ki,bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Məsələləri Departamenti məlumat verib.

Qərara səbəb kimi əlverişsiz hava şəraiti ilə əlaqədar yaranan məhdud görüntü göstərilib.

"Duman səbəbindən məhdud görüntü şəraiti ilə əlaqədar olaraq, Dardanel boğazında gəmiçilik hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda qeyd olunur

Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.