Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı
Türkiyə səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə nazirlik rəsmi məlumat yayıb.
Səfirə Türkiyə yığmasının futbolçusu Merih Demiralın Avstriya ilə matç zamanı bozqurd işarəsi göstərdiyinə dair irad bildirilib.
Qeyd edək ki, insident iyulun 2-də Futbol üzrə Avropa Çempionatının 1/8 final mərhələsində yaşanıb. Bundan sonra Almaniyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.