Türkiyə Super Liqasında legioner limiti qaydaları dəyişdi

Türkiyə Futbol Federasiyası (TFF) növbəti iki mövsümdə Türkiyə Super Liqasında meydana çıxacaq legioner sayını təsdiqləyib.

Türkiyə Super Liqasında legioner limiti qaydaları dəyişdi
Türkiyə Futbol Federasiyası (TFF) növbəti iki mövsümdə Türkiyə Super Liqasında meydana çıxacaq legioner sayını təsdiqləyib.

meqale.com xəbər verir ki, 2025/2026 mövsümündən klublar sifariş ərizəsinə 14 əcnəbi futbolçu daxil edə biləcəklər.

Əvvəlki illərdən fərqli olaraq TFF bu dəfə yaş limiti tətbiq edib. Qaydaya görə, ilk mövsümdə 14 futbolçudan ikisinin yaşı 01.01.2003 tarixindən daha gənc olmalıdır. Bu rəqəm 2026/2027 mövsümündən 4-ə yüksələcək.