Türkiyə və İran prezidentləri İsrail-Fələstin münaqişəsini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki,telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi, bölgədə artan gərginlik və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.