Türkiyə XİN FETÖ-çülərin “CNN Türk”ün müxbirinə hücumunu pisləyib
Türkiyənin Xarici İşlər Nazirliyi ölkənin "CNN Türk" telekanalının müxbiri Yunus Paksoyun ABŞ-də FETÖ-çülər tərəfindən hücuma uğramasını pisləyib.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsi bəyanat yayıb.
"CNN Türk" TV kanalının ABŞ-dəki nümayəndəsi Yunus Paksoyun Fəthullahçı Terror Təşkilatı (FETÖ) haqqında çəkiliş etdiyi vaxtda hücuma uğramasını pisləyirik. Bu hücumu həyata keçirən və buna qızışdıran şəxslərin ədalət qarşısında cavab verməsi üçün ABŞ səlahiyyətliləri tərəfindən lazımi təşəbbüslər görülür", - sənəddə qeyd olunub.