Türkiyə yenə yanğınların cəngində - FOTOlar
Türkiyənin Muğla vilayətinin Ortaca ilçəsində meşəlik ərazidə yanğın başlayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb edilib.
Bildirilir ki, güclü küləyin təsirindən yanğının söndürülməsi çətinləşir.
Qeyd edək ki, bu, son 1 saat ərzində ərazidə meydana gələn ikinci meşə yanğınıdır.