Türkiyədə 12 saat ərzində 7 qadın öldürüldü - FOTOlar
Türkiyədə 12 saat ərzində 7 qadın qətli törədilib.
meqale.com haberler-ə istinadla bildirir ki, dünən axşamdan indiyədək Türkiyənin ayrı-ayrı regionlarında 7 qadının öldürülməsi barədə məlumat daxil olub.
Öldürülən qadınların bəziləri boşanmış şəxslərdir və onlar keçmiş ərləri tərəfindən qətlə yetirilib.
Qeyd edək ki, cinayətlər Bursa, İstanbul, Adıyaman, Ərzurum, Sakarya, Denizli və İzmirdə törədilib.