Türkiyədə 13 mindən çox tarixi əsər ələ keçirilib

Türkiyənin Aksaray vilayətində 13 mindən çox tarixi əsər ələ keçirilib.

Türkiyədə 13 mindən çox tarixi əsər ələ keçirilib
Türkiyənin Aksaray vilayətində 13 mindən çox tarixi əsər ələ keçirilib.

meqale.com TurkicWorld-a istinadən xəbər verir ki, əməliyyat zamanı iki şübhəli şəxs saxlanılıb.

Jandarma Komandirliyi qrupları xəbərdarlıq üzərinə şəhərdəki mühafizə məntəqəsində bir avtomobili dayandırıb.

Avtomobildə aparılan axtarış zamanı Roma və Bizans dövrünə aid olduğu güman edilən 650 əşya, 110 üzük və 13 min 949 sikkə ələ keçirilib.