Türkiyədə ağır qəza: ölənlər və yaralananlar var

Türkiyənin Diyarbəkir şəhərində ağır yol qəzası olub.

Türkiyədə ağır qəza: ölənlər və yaralananlar var
Türkiyənin Diyarbəkir şəhərində ağır yol qəzası olub.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə Bismil rayonunda qeydə alınıb.

Dörd nəqliyyat vasitəsinin zəncirvari qəzaya uğraması nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.