Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
Türkiyənin Kütahya şəhərinin Çavdarhisar rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Yaralı Kütahya Şəhər Xəstəxanasına çatdırılıb. Nəqliyyat vasitəsindəkilərin mərmər zavodunun əməkdaşları olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.