Türkiyədə avtobus avtomobilə çırpılıb, ölənlər var

Türkiyənin Aydın şəhərinin Didim rayonunda avtobus əsas yola çıxan minik avtomobilinə çırpılaraq onu bir neçə metr sürüyüb.

Türkiyədə avtobus avtomobilə çırpılıb, ölənlər var
Türkiyənin Aydın şəhərinin Didim rayonunda avtobus əsas yola çıxan minik avtomobilinə çırpılaraq onu bir neçə metr sürüyüb.

meqale.com report.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsində minik avtomobilindəki dörd nəfər ölüb.

Yerli vaxtla aprelin 14-də saat 21:00 (Bakı vaxtı ilə 22:00) radələrində baş vermiş yol qəzasında minik avtomobilin sürücüsü yerində, digər üç nəfər isə xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.