Türkiyədə avtomobil heyvan bazarına girdi: yaralananlar var
Türkiyədə avtomobil Qurban bayramı ilə əlaqədar təşkil olunan heyvanların satışı məntəqəsinə girib.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə türk KİV-ləri xəbər verib.
Məlumata görə, hadisə Mersin şəhərinin Yenişehir rayonunda qeydə alınıb. İdarəetmədən çıxan avtomobil heyvan bazarına girib. Nəticədə biri ağır olmaqla səkkiz nəfər yaralanıb, 20 xırdabuynuzlu heyvan isə tələf olub.
Yaralıllar xəstəxanaya çatdırlıb.