Türkiyədə azərbaycanlı qadını qatar vurdu

Türkiyənin Ege vilayətində yerləşən Aydın şəhərinin Köşk rayonunda 64 yaşlı azərbaycanlı qadını qatar vurub. 

Türkiyədə azərbaycanlı qadını qatar vurdu
Türkiyənin Ege vilayətində yerləşən Aydın şəhərinin Köşk rayonunda 64 yaşlı azərbaycanlı qadını qatar vurub. 

meqale.com xəbər verir ki, 1960-cı il təvəllüdlü Həcər Cavadzadə Ovaköy Məhəlləsində keçiddən keçmək istəyib və bu zaman anidən gələn qatar onu vurub. 

Yaralı qadın təcili tibbi yardım maşını ilə Aydın Adnan Menderes Universitetinin xəstəxanasına aparılıb./qaynarinfo