Türkiyədə bəzi kanallar cərimələndi
Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə keçirilən ixtişaşları işıqlandıran "Sözcü" telekanalına 10 günlük yayım qadağası tətbiq edib.

Qürum telekanalın bəzi şərhlərini ictimai nifrət və düşmənçiliyi qızışdırmağa çağırışlar kimi qiymətləndirib.
Eyni zamanda “Halk TV” və “Tele 1” telekanallarına aid beş proqramın yayımına qadağa qoyulub, inzibati cərimələr tətbiq edilib. "NOW TV "və "Ak ll" telekanallarına da cərimələr kəsilib.