Türkiyədə çökmə baş verdi: İşçilər torpaq altında qaldılar - FOTO
Türkiyənin Trabzon vilayətinin Hayrat rayonunda içməli su xəttinin inşası zamanı çökmə baş verib.
meqale.com oxuya istinadən xəbər verir ki, rayonun Balaban məhəlləsində baş verən hadisədə 3 işçi torpaq altında qalaraq həyatını itirib.
Podratçı şirkət tərəfindən həyata keçirilən "Of-Hayrat Group İçməli Su" layihəsi çərçivəsində aparılan işlər zamanı sınaq məqsədilə verilən təzyiqli su çökməyə səbəb olub.
Hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), sağlamlıq, xilasetmə və jandarma qrupları cəlb edilib. Nəticədə 3 işçinin meyiti aşkarlanıb.