Türkiyədə dəhşət: 6 yaşında zorla...- FOTO
6 yaşlı uşaq gəlin davasında ata Yusuf Ziya Gümüşel 20 il, Kadir İstekli isə 30 il müddətinə azadlıqdan məhrum edilib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə 6 yaşlı H.K.G-nin İstanbulda evlənməsi ilə bağlı iş üzrə qərarını açıqlayıb. Məhkəmənin hökmü ilə ata Yusuf Ziya Gümüşel 20 il, qızın evləndiyi Kadir İstekli 30 il, anası Fatimə Gümüşel 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Gümüşelin qızı H.K.G., 6 yaşında ikən 29 yaşlı Kadir İstekli ilə evləndiyini bildirərək şikayət edib. H.K.G. O, ifadəsində uşaqlığı boyu hər gün cinsi istismara məruz qaldığını və cinsi istismarın ona oyun kimi göstərildiyini açıqlayıb.
İddiadan sonra Anadolu Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.