Türkiyədə ev heyvanını tərk edən şəxsləri bu qədər cərimə gözləyir

Türkiyədə sahibsiz itlərlə bağlı qaydaların da yer aldığı heyvanların mühafizəsi qanununa dəyişikliklər edilməsi haqqında qanun qüvvəyə minib.

meqale.com APA-ya istinadən bildirir ki, yeni qanuna uyğun olaraq sahibsiz küçə itləri toplanacaq, qayğı mərkəzinə aparılaraq orada qısırlaşdırılıb sahibləndiriləcəklər.

Bununla bağlı məsuliyyət bələdiyyələrin üzərinə düşəcək. Öhdəliklərini yerinə yetirməyən bələdiyyə məmurlarına 6 aydan 2 ilə qədər həbs cəzası veriləcək.

Sahib olduqları heyvanları tərk edən şəxsləri isə 2 min lirədən (102 AZN) 60 min lirəyə (3075 AZN) qədər cərimə gözləyir.

Qeyd edək ki, Türkiyədə küçə itlərinin artması nəticəsində son dövrlərdə tez-tez itlərin insanlara hücum etməsi halları yaşanmışdı. Məhz buna görə də heyvanların mühafizəsi ilə bağlı qanun parlamentdə müzakirəyə çıxarılmışdı.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun