Türkiyədə içi sərnişin dolu gəmi sahilə çırpıldı
İzmir sahilində 80 sərnişin daşıyan bərə sahilə çırpılıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, Konaklı-Bostanlı marşrutu üzrə irəliləyən "Mustafa Günay" adlı gəminin kapitanı huşunu itirib və bu səbəbdən gəmi quruya çırpılıb.
Hadisə zamanı gəmidəki sərnişinlər arasında panika yaşanıb, xəsarət alan olmayıb.
Əraziyə xeyli sayda xilasedici cəlb edilib, sərnişinlər digər gəmi ilə yola salınıb.