Türkiyədə iki hava şarı qəza törətdi: 1 ölü, 19 yaralı
Türkiyənin Aksaray şəhərində baş verən hava şarı qəzası faciə ilə nəticələnib.
meqale.com xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, iki hava şarı naməlum səbəbdən yerə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər həlak olub, daha 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların vəziyyəti və qəzanın dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.