Türkiyədə İŞİD-ə qarşı əməliyyatlar keçirilib: 30 nəfər saxlanılıb
Türkiyənin xüsusi xidmət orqanları 30 nəfəri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilərək saxlayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat verib.
Qeyd olunub ki, İŞİD terror qruplaşmasına qarşı 7 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 30 nəfər saxlanılıb.