Türkiyədə mədən çökdü - Ölənlər var - FOTOlar

Dənizlidə fəaliyyət göstərən xrom mədənindən 1100 metr aralıda çökmə baş verib.

Türkiyədə mədən çökdü - Ölənlər var - FOTOlar
Dənizlidə fəaliyyət göstərən xrom mədənindən 1100 metr aralıda çökmə baş verib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizlinin Acıpayam rayonunda fəaliyyət göstərən xrom mədəninə 1100 metr aralıda çökmə baş verib.

Dağıntılar altında mədən mühəndisi Kadir Özer və işçilər Rıfat Salman və Mustafa Karahan qalıb.

İşçilərdən Rıfat Salman 4 saat sonra çökmə altından sağ çıxarılarkən, mədən mühəndisi Kadir Özer və mədənçi Mustafa Karahanın cəsədləri çıxarılıb.

Uçqun nəticəsində 3 nəfərin qapalı qaldığını nəzərə alan qruplar axtarış-xilasetmə əməliyyatına başlayıb.

Ötən il də eyni mədəndə çökmə baş verdiyi və bir işçinin həyatını itirdiyi məlum olub.

Fidan meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun