Türkiyədə məhkəmə zalında silahlı hücum - Ölənlər və yaralananlar var
Türkiyədə Bursa məhkəməsində bu gün səhər saat 11:00 radələrində silahlı hücum baş verib.
meqale.com dha-ya istinadən xəbər verir ki, hadisə Bursa 6-cı Ağır Cəza Məhkəməsində keçirilən iclas zamanı meydana gəlib. İlkin məlumata görə, şikayətçinin atasının iki şübhəliyə atəş açdığı bildirilir.
Məhkəmə salonunda böyük çaxnaşma yaşanıb və jandarma və polis qrupları müdaxilə edib. Təhlükəsizlik tədbirləri nəticəsində ədliyyə binasına çoxlu təcili yardım və gücləndirilmiş polis qrupları göndərilib, binanın içi boşaldılıb.
Hücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.