Türkiyədə meşə yandı

Türkiyənin Rizə bölgəsinin Səslidərə kəndində gecə saatlarında naməlum səbəbdən meşə sahəsində yanğın baş verib.

Türkiyədə meşə yandı
Türkiyənin Rizə bölgəsinin Səslidərə kəndində gecə saatlarında naməlum səbəbdən meşə sahəsində yanğın baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, yanğın qısa müddətdə 5 nöqtəyə yayılıb.

Xəbər üzərinə bölgəyə xilasetmə və Meşə Əməliyyat Müdirliyi qrupları sövq edilib.

Qruplarının təxminən 5 saatlıq işindən sonra nəzarət altına alınan yanğın 20 hektar meşə sahəsinə ziyan vurub.