Türkiyədə minimum əmək haqqı artırıldı
Türkiyədə minimum əmək haqqı artırılıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Vedat İşıkxan deyib.
Onun sözlərinə görə, yanvarın 1-dən ölkədə minimum əmək haqqı 17 002 türk lirəsi (982 AZN) olacaq.
Qeyd edək ki, hazırda ölkədə minimum əmək haqqı 11 402 lirədir (659 AZN dollar).