Türkiyədə narkotik əməliyyatı: 1 ton 340 kq narkotik ƏLƏ KEÇİRİLİB
Türkiyədə həyata keçirilən "Narkogüç-42" narkotik əməliyyatı nəticəsində 1 ton 340 kq narkotik müsadirə olunub, 364 nəfər saxlanılıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Türkiyənin 46 vilayətində həyata keçirilən əməliyyatlarda 332 qrup, 1375 nəfərlik heyət, 1 təyyarə və 19 narkotik axtaran it iştirak edib.