Türkiyədə qızıl mədənində baş verən faciə ilə bağlı şirkət rəhbəri saxlanıldı
Türkiyənin şərqindəki Ərzincan vilayətində mədəndə baş vermiş fövqəladə hadisə ilə bağlı aparılan istintaq çərçivəsində mədəni işlədən xarici şirkətin yerli direktoru saxlanılıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayılıb.
Xatırladaq ki, fevralın 13-də "Anagold" mədənində torpaq sürüşməsindən sonra doqquz mədənçi yerin altında qalıb və onların axtarışları hələ də nəticə verməyib. Hazırda ərazidə yeni torpaq sürüşmələri baş verir.
Hadisə ilə bağlı cinayət işi açılıb və altı nəfər, o cümlədən işə götürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı həbs edilib.
Türkiyənin Ətraf Mühit Nazirliyi şənbə günü qızıl mədəninin ekoloji sertifikatını və lisenziyasını ləğv edib.