Türkiyədə təyyarə qəzaya uğradı - Yaralı var - FOTO

Bursanın Yenişehir rayonunda xüsusi uçuş məktəbinə məxsus təlim təyyarəsi qəza edib.

Türkiyədə təyyarə qəzaya uğradı - Yaralı var - FOTO
Bursanın Yenişehir rayonunda xüsusi uçuş məktəbinə məxsus təlim təyyarəsi qəza edib.

meqale.com Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə bu gün saat 12:45 radələrində Yenişehir Hava Limanında baş verib. Təyyarə uçuş-enmə zolağından çıxaraq sıradan çıxıb.

Qubernatorluqdan verilən açıqlamada pilotun yalnız yüngül xəsarətlər aldığı və həyatına təhlükə olmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.