Türkiyədə yanğınsöndürən amfibiya təyyarəsi gölə düşərək batdı
Türkiyədə amfibiya yanğınsöndürən təyyarə gölə düşərək batıb.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Aydın bölgəsində baş verib.
Belə ki, meşə yanğınlarının söndürülməsində iştirak edən təyyarə Bafa gölünə sərt eniş edib və batmağa başlayıb.
Ekipaj üzvləri xilas edilib.