Türkiyədə yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
İzmirdə yaşayan şanlıurfalılar yas mərasimlərində yemək vermək adətini ləğv ediblər. Buna səbəb son illərdə Türkiyədə güclü bahalaşmanın olmasıdır.
meqale.com Sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı ortaq qərarı İzmir Şanlıurfa Federasiyası açıqlayıb.
Federasiya prezidenti Ferit Mızraklı yasda verilən yeməyin mərhumun ailəsi üçün böyük xərc olduğunu, bu səbəbdən həmin adətin dayandırıldığını bildirib. Mızraklı yazılı açıqlamasında başsağlığına gələn qonaqlara verilən yeməyin dəfn sahiblərinə mənfi təsir göstərdiyini vurğulayıb: