Türkiyədə zəlzələ bölgəsində evlər bu tarixdə hazır olacaq

Türkiyənin Qəhrəmanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş əyalətlərdə tikilməkdə olan polad kənd evləri fevralın 6-dan vətəndaşlara təhvil verilməyə başlayacaq.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki paylaşım edib.

"Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün", - nazir qeyd edib.