Türkiyəli futbolçunun oyun zamanı dili qatlandı - FOTO
Türkiyənin Samsun vilayətində Regional Həvəskarlar Liqasının (BAL) "Çarşambaspor" və "Safranboluspor" futbol klublarının oyunu zamanı bədbəxt hadisə yaşanıb.
meqale.com musavat.com-a istinadən bildirir ki, Samsundakı şəhər stadionunda keçirilən qarşılaşmanın 81-ci dəqiqəsində "Safranboluspor"un futbolçusu Fehmi Fırat Aksoy yıxılıb və dili qatlanıb. Hakim dərhal oyunu dayandırıb və həkim briqadasını meydana çağırıb. Futbolçu ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun