Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO
Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb.
meqale.com sfera.az-a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:
"Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızda bəzi neqativ hallar oldu, danışaraq münasibətimizi bitirmək qərarı aldıq. Amma yazılanlar doğru deyil, yəni ayrılmağımıza səbəb qısqanclıq deyil. Hamının yolu açıq olsun".