Türkiyənin ABŞ-yə hazır geyim məhsulları ixracı azalıb
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin ABŞ-yə hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 204 milyon dollara bərabər olub.
meqale.com xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin mart ayında Türkiyə ABŞ-a 65,7 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 15,6 faiz azdır" - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 18,7 faiz azdır.