Türkiyənin bu il məhv etdiyi terrorçu sayı açıqlandı

Türkiyə təhlükəsizlik qüvvələri PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı ölkədaxili və sərhədyanı (İraq və Suriyanın şimalı) əməliyyatları davam etdirir. Bu tədbirlər çərçivəsində son bir həftə ərzində 45 terrorçu zərərsizləşdirilib. Beləliklə, 2023-cü il ərzində zərərsizləşdirilən terrorçuların sayı 2120-yə yüksəlib.

meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk deyib.

Türkiyə Silahlı Qüvvələrinin bütün hazırkı əməliyyat və missiyalarla yanaşı, milli və beynəlxalq təlim fəaliyyətlərini də davam etdirdiyinə diqqət çəkən Aktürk bildirib ki, TCG PREVEZE sualtı qayığı ilə ilk milli torpedo atışı dekabrın 26-da Antalya Körfəzində planlaşdırılır.