Türkiyənin Ədalət və İnkişaf Partiyası böyük şəhər namizədlərini açıqlayacaq

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) 2024-cü ildə keçiriləcək bələdiyyə seçkiləri üçün böyük şəhər namizədlərini bu ilin oktyabr ayının sonunda açıqlayacaq.

meqale.com TurkicWorld-ə istinadən xəbər verir ki, 2,5 ay ərzində 30 böyük şəhər üçün namizədlərin siyahısı açıqlanacaq.

Qeyd edək ki, 31 mart 2024-cü il tarixində Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri dörd mərhələdən ibarət planla keçiriləcək:

Birinci mərhələ - Ərdoğan ümumi seçkilərdən sonra əyalət səfərlərini artıracaq və ən çox səs toplayan vilayət və rayonlara gedəcək. Ərdoğanın avqustun 15-dən sonra ən çox səs topladığı Sincik, Gerger, Kahta və Samsat şəhərlərinə gedəcəyi gözlənilir.

İkinci mərhələdə - şəhər görüşlərinə diqqət yetiriləcək. Şəhərlərdəki problemlər dinləniləcək və qeyd olunacaq.

Üçüncü mərhələdə - deputatlar, bələdiyyə sədrləri və təşkilat üzvləri səmərəli işləyəcək. Xüsusilə kənd yerlərində intensiv işlər aparılacaqdır. Kəndlərə səfərlər planlaşdırılacaq.

Dördüncü mərhələ - zəlzələ zonasına yönəldiləcək. Rayon üçün xüsusi işlər görüləcək. Mənzillərin təhvil verilməsi sürətləndiriləcək. Bölgənin tələbləri alınacaq və yekunlaşacaq.