Türklərin sevimli yeməyi belə bişiriləndə xərçəng yaradır - VİDEO

Sobada və ya yüksək temperaturda bişirilən sütlac düzgün hazırlanmadıqda sağlamlıq üçün risk yarada bilər.

Türklərin sevimli yeməyi belə bişiriləndə xərçəng yaradır - VİDEO
Sobada və ya yüksək temperaturda bişirilən sütlac düzgün hazırlanmadıqda sağlamlıq üçün risk yarada bilər.

meqale.com xəbər verir ki, xüsusilə üzünün qızardılması zamanı akrilamid adlı potensial zərərli maddənin əmələ gəlməsi ehtimalı artır.

Qida təhlükəsizliyi üzrə mütəxəssislərin sözlərinə görə, akrilamid əsasən nişasta tərkibli məhsullar yüksək temperaturda bişirildikdə yaranır. Sütlacın tərkibində olan düyü nişastası və üzərinin sobada qızardılması bu riski aktuallaşdıran əsas amillərdən sayılır.

Araşdırmalar göstərir ki, sütlac sobada uzun müddət saxlanıldıqda və üzəri tünd qəhvəyi, hətta yanıq rəngi aldıqda akrilamid səviyyəsi arta bilər. Bu maddə beynəlxalq səhiyyə qurumları tərəfindən potensial kanserogen kimi qiymətləndirilir.

Mütəxəssislər xüsusilə uşaqlar və yaşlılar üçün hazırlanan sütlacda bu məqama diqqət yetirilməsini tövsiyə edirlər. Bildirilir ki, sütlacın üzünü yandırmaq əvəzinə, sadəcə açıq qızılı rəng alınana qədər qısa müddətə sobaya vermək daha təhlükəsizdir.

Qeyd edək ki, sütlacın özü-özlüyündə risk yaratmır. Təhlükə əsasən son mərhələdə tətbiq olunan yüksək temperaturla bağlıdır. Buna görə də ənənəvi desertlərin hazırlanmasında bişirmə üsullarına diqqət yetirilməsi sağlamlıq baxımından mühüm hesab olunur.