Uşaqdan böyüyə hamı bəh-bəhlə yeyir - Beynin düşməni olan 6 qida

Nevroloqlar beynə ən zərərli olan 6 qidanı açıqlayıb.

Uşaqdan böyüyə hamı bəh-bəhlə yeyir - Beynin düşməni olan 6 qida
Nevroloqlar beynə ən zərərli olan 6 qidanı açıqlayıb.

meqale.com xəbər verir ki, nevroloqlar beynin uzunmüddətli fəaliyyətini zəiflədən 6 gündəlik qidanı müəyyənləşdirib. Mütəxəssislər bu məhsulların həm geniş istifadə edildiyini, həm də çox vaxt zərərsiz kimi qəbul olunduğunu bildirir.

Bəzi qidalar beyin damarlarına, neyron fəaliyyətinə və bağırsaq-beyin əlaqəsinə ciddi təsir göstərir.

Açıqlanan qidalar bunlardır:

Protein tozu

Nevroloq Friederike Fabritius qeyd edir ki, bir çox protein tozu tərkibində yüksək səviyyədə süni şirinləşdiricilər daşıyır. Bu maddələr bağırsaq mikrobiotasını pozur və dolayı yolla beyin funksiyalarına mənfi təsir göstərir.

Qazlı içkilər

Nevroloq Dr. Shaheen Lakhan qazlı içkiləri "beyin üçün ən zərərli məhsul qruplarından biri" kimi xarakterizə edir. Yüksək şəkər səviyyəsi beyin damarlarını zədələyir, demans və insult riskini artırır. Diyet versiyalarında isə kalorisiz şirinləşdiricilər beyin üçün stres faktoru yarada bilər.

Marqarin

NYU Langone tibb mərkəzinin nevroloqu Dr. Shae Datta trans yağ tərkibli marqarindən tamamilə uzaq durduğunu bildirir. Tədqiqatlar göstərir ki, qanda trans yağların yüksək olması demans ehtimalını artırır və beyin damarlarına ziyan vurur.

Pivə

Tufts Medical Center-in nevroloqu Dr. Byran Ho biranı "tamamilə boş kalori" adlandırır. Onun sözlərinə görə, alkoqol neyrotoksin olduğundan orta həcmdə qəbul belə beyin hüceyrələrinə zərər verə bilər.

Kafeinsiz qəhvə

Nevroloq Sean Callan kafeinsiz qəhvənin təhlükəsinin tərkibdən deyil, kafeinin necə uzaqlaşdırılmasından qaynaqlandığını vurğulayır. Solventlə təmizlənmiş kafeinsiz qəhvələrdə istifadə olunan bəzi maddələr xərçəng və nevroloji zədələnmə riskini artıra bilər. O, istehlakçıları markaları yoxlamağa çağırır.

Kartof qızartması

Nevroloq Dr. Pedram Navab kartof qızartmasını rasionundan tam çıxardığını deyir. Yağlıqızartmalar beyin damarlarına mənfi təsir göstərir, qan-beyin əlaqəsinə zərər vurur və yaddaş üçün kritik olan hipokampusa uzunmüddətli ziyan verə bilər.

Mütəxəssislərin vurğuladığı risklər beyin sağlamlığı ilə qidalanma arasındakı əlaqənin düşündüyümüzdən daha güclü olduğunu göstərir. Nevroloqların tövsiyəsinə görə, rasionda trans yağlar, yüksək şəkər və sənaye üsulu ilə işlənmiş maddələrin payının minimuma endirilməsi beyin funksiyalarının qorunmasına mühüm töhfə verir.