Üç il ərzində istehlak kreditləri üzrə "YAŞAT"ın xərclədiyi vəsait açıqlandı

"Yaşat" Fondu tərəfindən üç il ərzində istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib.

Üç il ərzində istehlak kreditləri üzrə
"Yaşat" Fondu tərəfindən üç il ərzində istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "YAŞAT"ın rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında deyib.

O qeyd edib ki, ötən üç il ərzində istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 7 011 408.82 AZN təşkil edir.

"Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib",- deyə E. Hüseynov qeyd edib.