Üç ildə dünyada münaqişələrin sayı artıb

Son üç ildə dünyada münaqişələrin sayı 20% artıb.

Üç ildə dünyada münaqişələrin sayı artıb
Son üç ildə dünyada münaqişələrin sayı 20% artıb.

meqale.com Axar.az-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Ksaba Korosi deyib.

"On-on beş il əvvəl bu münaqişələrin yalnız 14 faizində beynəlxalq iştirak var idisə, indi beynəlxalq tərəflər münaqişələrin 50 faizində iştirak edir", - o bildirib.

Onun fikrincə, BMT bu münaqişələri daha dərindən təhlil etməli və onların xüsusiyyətlərini müəyyənləşdirməlidir.