Üç nazirlikdən isti hava ilə bağlı müraciət
Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciət yayıb.
meqale.com-ın xəbərinə görə, müraciətdə bildirilir ki, yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır.
Aidiyyəti qurumlar tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, meşə və kənd təsərrüfatı sahələrində baş vermiş yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər.