Ucarda 46 yaşlı kişi bıçaqlandı
Ucarın Alpout kəndində bıçaqlanma hadisəsi baş verib.
meqale.com report-a istinadən xəbər verir ki, 46 yaşlı İlham Həsənov münaqişə zəminində naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.
Yaralı ətrafdakı insanların köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.