Ucarda yanğın belə söndürüldü - VİDEO
Ucar rayonu, Qaracallı kəndi ərazisində yük avtomobilində yanğın baş verib.
meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyin məlumat yayıb.
Bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "İVECO" markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.