Ucuz qiymət, aşağı keyfiyyət: Bir manata canımızı necə təhlükəyə atırıq?

Açıq havada hazırlanan və satılan qida məhsullarından təəssüf ki, hər birimiz zaman-zaman istifadə edirik. Xüsusilə də küçədə, yol kənarlarında üstüaçıq şəkildə insanlara təqdim olunan bu yeməklərin sanitariya qaydalarına nə qədər uyğun olduğu şübhə doğurur. Bu kimi qidalar arasından insanlar hazırda ən çox dönərə üstünlük verir. Bəzi yerlərdə isə onun hazırlanmasında toyuq və ya mal ətindən yox, at ətindən də istifadə edirlər. 

Maraqlıdır, belə olan halda dönər alarkən nələrə fikir verməliyik?

meqale.com xəbər verir ki, məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova lente açıqlamasında bildirib ki, peraşki, dönər, bulka, qamburger kimi səyyar çörəkarası hazırlanan yeməklər hazırda risk qrupu altındadır. 

Onun sözlərinə görə, ehtiyac olmadıqda bu kimi qidaların istehlakı məsləhətli deyil:

"Xüsusilə də dönərin hazırlanmasında mənşəyi bilinməyən, ucuz, xəstə heyvan ətlərindən istifadə olunur. Bu ətlər səhərdən axşama qədər açıqda, hər zaman istiyə məruz qalacaq şəkildə alovun yanında saxlanılır. Bu ət sağlam olsa belə bu şəraitdə saxlanılması onun tərkibinin həm mikrobioloji, həm də kimyəvi dəyişikliyə məruz qalmasına səbəb olur. Həmçinin satışı həyata keçirən insanlar sanitar-gigiyena qaydalarına əməl etmir. Beləliklə, həmin dönərlər fiziki çirklənməyə məruz qalır. Belə olan halda həmin qidaları istehlak edən şəxslərə heyvandan xəstəlik yoluxur. Ətlərdəki mikroblar və viruslar orqanizmə daxil olaraq həzm sisteminin pozulmasına və orqanların zədələnməsinə səbəb olur. Bəzən həmin qidaları yedikdə mədədə ağırlıq, şişkinlik, ağrı, ishal və ya qəbzliklə müşahidə olunur. Əgər, bu cür qidaları 25 yaşına qədər insanlar gündəlik olaraq qəbul edirsə, bu zaman təhlükə iki qat artır. Çünki həmin insanlar inkişaf prosesində olduğu üçün bu cür qidalar onların həm əqli, həm də fiziki cəhətdən inkişafına mənfi təsir göstərir". 

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ayaqüstü yeməklərdə dadlandırıcı kimi bir çox kimyəvi maddələrdən istifadə olunur: