UEFA Avropa Liqasının qalibi bəlli oldu
Ötən gecə UEFA Avropa Liqasının final matçı baş tutub..
meqale.com xəbər verir ki, turnirin son matçında iki İngiltərə klubu üz-üzə gəlib.
"Tottenhem" və "Mançester Yunayted" qalib adı uğrunda yarışıblar.
İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda keçirilən görüş Şimali Londonluların qələbəsi ilə başa çatıb. Qarşılaşmada tək qola imza atan Brennan Conson "Tottenhem"i Liqanın ən güclüsü edib.